Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani dünən səhər saatlarında jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında deyib: “Yayılan xəbərlərə şərh verə bilmərəm. Bizim üçün vacib olan odur ki, İranla Ermənistan arasında münasibətlər tamamilə dost, konstruktiv və yaxın münasibətdir. İki ölkə arasında dostluq, konstruktiv və hərtərəfli münasibətləri, xüsusilə də regionda sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək, ümumi sərhədləri dostluq və təhlükəsiz sərhədlər, iqtisadi və ticarət inkişaf və rifah sərhədləri kimi qorumaq üçün birgə səylər və əməkdaşlıq etmək üçün ümumi iradə var.”
Kənani deyib: “Biz ölkələrin ikitərəfli məsələlərinə və ölkələrin digər ölkələrlə əlaqələrinə münasibət bildirmirik və müdaxilə etmirik, ancaq ümumi prinsip olaraq inandığımız şey budur ki, əsasən, Amerikanın regiondakı roluna, eləcə də Amerikanın bölgədəki hərbi mövcudluğuna bədbin yanaşırıq və bu bədbinlik ABŞ hökumətinin regionun müxtəlif ölkələrində sabitliyi pozan fəaliyyətinin tarixi üzündəndir.”
Sizin rəyiniz